Daha bir güləşçimiz Avropa çempionu oldu

daha-bir-gulescimiz-avropa-cempionu-oldu
Oxunma sayı: 1368

Azərbaycanlı güləşçi Günay Qurbanova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn qadın güləşçimiz finalda türkiyəli Sevim Akbaşla qarşılaşıb.

Həlledici görüşdə həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.

Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, ötən gün 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Cavadov da Avropa çempionu titulunu qazanıb.