Daha bir məşhur şirkət Rusiyadan gedir

daha-bir-meshur-sirket-rusiyadan-gedir
Oxunma sayı: 1525

Dünyanın ən böyük qəhvə dükanları şəbəkəsi “Starbucks” Rusiya bazarını tərk edir.

"Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

““Starbucks Rusiyadan çıxmaq və artıq bu brend altında bazarda olmamaq barədə yekun qərarını verib”, - şirkətin açıqlamasında bildirilir.

Xatırladaq ki, martın əvvəlində şirkət Rusiyada fəaliyyətini dayandırdığını və qəhvəxanalarını bağladığını elan edib.

Eyni zamanda, “Starbucks” qeyd edir ki, altı ay ərzində Rusiyadakı iki min əməkdaşına maaş verəcək, həmçinin onlara şirkətdən kənar başqa vəzifələrə keçməkdə köməklik göstərəcək.

1971-ci ildə Sietldə qurulan “Starbucks” dünya üzrə 32.000-dən çox qəhvə mağazası şəbəkəsini idarə edir.