Daha iki hərbçi həbs edildi

daha-iki-herbci-hebs-edildi
Oxunma sayı: 18889

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha iki hərbçi həbs edilib. 

“Qafqazinfo”nun məlumatına görə, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu və Cəbrayıl Orucov dövlətə dəymiş ziyanı ödəmədikləri üçün barələrində tədbir görülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən prokurorun təqdimatı əsasında C.Orucov və V.Novruzlu haqda həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən kapitanın işi üzrə dövlətə 300 min manat ziyan dəyib. 

Qeyd edək ki, Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə nazirliyin Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov və daha bir neçə zabit həbs edilib.

Sail Ağasəlim