Dairəvi yolda zəncirvari qəza, xəsarət alanlar var - Video

dairevi-yolda-zencirvari-qeza-xesaret-alanlar-var
Oxunma sayı: 3693

Bu gün Bakı şəhəri Yasamal rayonu ərazisində - Kənar dairəvi yolda zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, iki ədəd “Toyota Prius” və “Hyundai Santa Fe” markalı avtomobillərin iştirakı ilə baş vermiş qəzada bir neçə nəfər xəsarət alıb.

Yaralanan şəxslərə tibbi yardım göstərilib, onlardan biri xəstəxanaya aparılıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: