“Qazaxıstan Ermənistan və Azərbaycanın sülh müqailəvi imzalamaq niyyyətində olmasını alqışlayır”.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu İrəvanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanla birgə brifinqdə deyib.
Onun sözlərinə görə, Qazaxıstan bu prosesə maksimum dərəcədə töhfə verməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır: “Əsas məqsədimiz bizə dost olan iki ölkəni yaxınlaşdırmaq və sarsılmaz dost münasibətlərə, sülhə və sabit inkişafa yol açmaqdır”.