Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün keçirilməli olan “Əl Əyn” - “Əl Hilal” oyunu təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Əl Əyn şəhərindəki güclü daşqın səbəbindən keçirilməyib.
Oyunun aprelin 17-də keçirilməsinə qərar verilib.