“Davam” qəzeti satışda

davam-qezeti-satisda
Oxunma sayı: 677

Redaksiyadan verilən məlumata görə, yeni formatda nəşrlərinin davamına başlayan "Davam" qəzeti həftəlik dərc ediləcək. Fəaliyyətində millətçilik, vətənçilik, dövlətçilik, öncüllük və əxlaq prinsiplərini rəhbər tutulacaq.

“Yalan xəbərə qarşı gerçəkləri yazmaq və ictimai maarifləndirməyə xidmət etmək qəzet olaraq əsas prinsiplərimiz olacaq. Informasiya əsrində təkləndiyimiz bir vaxtda vətənimizin hər yerindən gerçək xəbərləri yaymaq, millətimizə qarşı mövcud basqılar altında isə millətimizin haqq səsini çatdıracağıq.Yuxarıda qeyd etdiyimiz prinsiplər çərçivəsində ölkəmizin bütün təbəqələrinin tribunasına, fikir meydanına çevrilməyə çalışacağıq”.