Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb hava limanının ətrafında hava hücumundan müdafiə sistemlərinin işə düşməsidir.
Sosial şəbəkələrdə hava limanına səhərki hücumun əks olunduğu iddia edilən videogörüntülər yayılmaqdadır.
Qeyd edək ki, səhər saatlarında Dubay hava limanına dron hücumu olması ilə bağlı xəbərlər yayılmışdı.
Həmin görüntüləri təqdim edirik:
***
“Emirates” şirkəti “X” səhifəsində yazıb ki, Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini qismən bərpa edib.
Son xəbərlər
Son Xəbərlər