Ölkəmizdə ilk dəfə Qusar rayonu, “Şahdağ” Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku ilə əlaqədar yarış keçirilən məkanda və ətrafında baş verə biləcək mümkün fövqəladə halların qarşısının çevik alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən ərazidə fasiləsiz xidmət aparılır.
“Qafqazinfo” xəbər verir ki, bununla yanaşı, Nazirliyin aidiyyəti nəzarət qurumları tərəfindən səlahiyyətlərinə uyğun, o cümlədən kanat və qaldırıcı qurğuların təhlükəsiz istismarı, yanğın təhlükəsizliyi və digər istiqamətlər üzrə müvafiq monitorinqlər həyata keçirilib.

Son xəbərlər
Son Xəbərlər