“Messiyə verilən maaşın hər qəpiyinə dəyər” - 70-80 milyon dollar...

messiye-verilen-maasin-her-qepiyine-deyer
Oxunma sayı: 901

ABŞ-nin “İnter Mayami” klubunun sahiblərindən olan Jorge Mas argentinalı hücumçu Lionel Messinin illik qazancını açıqlayıb.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu məbləğ 70-80 milyon dollardır.

J. Mas bildirib ki, dünya səviyyəli sponsorları kluba cəlb etmək istəmələrinin əsas səbəbləri futbolçuların yüksək maaş almasıdır: “Futbolçular bahadır. Mən Messiyə maaş verirəm və o, hər qəpiyinə dəyər. Bu məbləğ ildə 70–80 milyon dollar civarındadır”.

Qeyd edək ki, 38 yaşlı Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır.