Dəhşətli istilər Alpdakı buzlaqları da əridir

dehsetli-istiler-alpdaki-buzlaqlari-da-eridir
Oxunma sayı: 357

Avropanı bürüyən dəhşətli istilər Alp dağlarında yerləşən buzlaqların sürətlə əriməsinə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Məlumata görə, İsveçrədə buzlaqların üzərindəki qar bu il həmişəkindən bir neçə həftə tez əriyib.

Bunun nəticəsində uzun illər, hətta əsrlər ərzində yaranmış buz qatları da əriməyə başlayıb.

Mütəxəssislər bildirirlər ki, qarşıdakı aylarda isti hava davam edərsə, buzlaqlar daha da kiçilə bilər.

Qeyd edək ki, son günlər Avropanın bir çox ölkəsində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Bu səbəbdən bəzi ölkələrdə insanların sağlamlığı üçün də təhlükə yaranıb.