Dəm qazından ölənlər hərbçi imiş - Yenilənib

dem-qazindan-olenler-herbci-imis
Oxunma sayı: 7261

Salyanda bədbəxt hadisə nəticəsində ölən şəxslərin hərbçi olduğu məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Salyan şəhəri N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.

Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğlunun dəm qazından öldüyü bildirilib. 

Vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.