“Deməmişəm ki, mütləq qalib gələcəklər” - Tramp

dememisem-ki-mutleq-qalib-gelecekler
Oxunma sayı: 2675

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya arasındakı müharibənin sülh yolu ilə həllinə dair nikbinliyini bir daha ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ukraynanın hələ də qalib gəlmək şansının olub-olmadığı barədə suala cavab verən Tramp deyib:

“Onlar hələ də qalib gələ bilərlər. Deməmişəm ki, mütləq qalib gələcəklər, demişəm ki, bu mümkündür. Müharibə çox qəribə şeydir, hər şey baş verə bilər”.