14 yaşlı şagird avtobusu oğurlayıb Norveçdən İsveçə sürdü

14-yasli-sagird-avtobusu-ogurlayib-norvecden-isvece-surdu
Oxunma sayı: 801

Norveçdə şagird avtobusu dayanacaqdan oğurlayaraq İsveçin Stenunqsund şəhərinə 200 kilometrdən çox sürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

14 yaşlı şagird haqda əlavə məlumat verilməyib. Yerli mətbuatın yazdığına görə, o, bunu əvvəllər də edib. Bundan əvvəl o, üç saatlıq yoldan sonra avtobusu geri qaytarıb. Yaşı az olduğuna görə ittihamlar götürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.