“Missiyamız hələ başa çatmayıb”.
“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin milli kəşfiyyat orqanı “Mossad”ın rəhbəri David Barnea Holokost və Qəhrəmanlıq Anım Günü ilə bağlı çıxışında İrana qarşı əməliyyat barədə danışarkən bildirib.
“Düşünmürdük ki, bu missiya hərbi əməliyyatlar başa çatan kimi yerinə yetiriləcək, lakin biz kampaniyamızın davam edəcəyini və Tehranda hücumlardan sonrakı dövrdə özünü göstərəcəyini planlaşdırmışdıq”, - o deyib.
“Mossad” rəhbəri qarşıya qoyulan məqsədin İrandakı rejim dəyişdirildikdə yerinə yetiriləcəyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər