“Bu, müharibəyə son qoymaq üçün kritik şərtdir” - Katz

bu-muharibeye-son-qoymaq-ucun-kritik-sertdir
Oxunma sayı: 1171

İsrailin müdafiə naziri İsrael Katz regionda davam edən münaqişənin dayandırılması üçün zənginləşdirilmiş uranın İrandan tamamilə çıxarılmasının mütləq olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Katz bu materialın ölkədə qalmasının nüvə layihəsinin gələcəkdə yenidən bərpası üçün potensial təhlükə yaratdığını vurğulayıb.

“Zənginləşdirilmiş uran məsələsi qalmaqdadır və bu, layihənin bərpası cəhdi üçün əsas ola bilər. Ona görə də ABŞ və İsrail bu materialın İrandan çıxarılmasını hərbi kampaniyanın dayandırılmasının ən vacib şərti kimi müəyyən ediblər”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, aprelin 11-i və 12-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında saatlarla davam edən gərgin danışıqlar uğursuzluqla nəticələnib. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonun Tehrana son və ən yaxşı təklifini təqdim etdiyini, lakin İranın bu şərtləri rədd etdiyini bildirib.