Masazırda 2 qadının öldürülməsində şübhəli bilinən şəxs saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Abşeron rayonu Masazır qəsəbəsində xalaqızları 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli və 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova qətlə yetiriliblər.
Son xəbərlər
Son Xəbərlər