Diananın nişan libası hərraca çıxarılır - Foto

diananin-nisan-libasi-herraca-cixarilir
Oxunma sayı: 2634

Böyük Britaniyanın mərhum şahzadəsi Diananın 1981-ci ildə “Vogue” jurnalı çəkilişində geyindiyi nişan geyimi hərraca çıxarılacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, geyim Britaniyanın “Julien's Auctions” hərrac evi tərəfindən satışa təqdim ediləcək.

Təxmini qiyməti 150 min dollar olan köynək məşhur modelyer David və Elizabet Emanuel tərəfindən hazırlanıb.

Qeyd edək ki, Diananın 1981-ci ilin fevralında “Vogue” jurnalı çəkilişlərində geyindiyi paltar onun nişan geyimi kimi məşhurlaşmışdı, çünki şəkillərin dərci onun şahzadə Çarlzla nişanlandığını elan etdiyi vaxta təsadüf edirdi.