“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, qətlə yetirildiyi deyilən qadın noyabrın 20-də Sumqayıt şəhər sakini Afaq Şükürova Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Vulkan" otelinin hamam otağında özünü asaraq intihar edib.
Hazırda faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, həmin otel DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi general Rasim Musayevə məxsusdur.