“Dinamo”nun baş məşqçisi Mahirin qolundan danışdı

dinamonun-bas-mesqcisi-mahirin-qolundan-danisdi
Oxunma sayı: 3843

“Bu qol, şübhəsiz ki, Mahir Emrelinin özünəinamı üçün yaxşıdır”. Bunu Zaqreb “Dinamo”sunun baş məşqçisi Sergey Yakiroviç “Varajdin”lə heç-heçə (1:1) etdikləri XIV turun oyunundan sonra deyib.

“Qafqazinfo” xəbər verir ki, 46 yaşlı mütəxəssis hücum xəttindəki oyunçulardan razı qalmadığını bildirib: “Biz daha çox təhlükə yaratmalıyıq. Tez-tez rəqib qapısını təzyiqdə saxlamalıyıq. Qapıya zərbə vurmasan, fərqlənə bilməyəcəksən”.

Qeyd edək ki, “Varajdin”lə matçda 75-ci dəqiqədə meydana çıxan Emreli 90+5-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.