Doktorant, şöbə rəisi və direktor... - Gənc namizədin bioqrafiyası

doktorant-sobe-reisi-ve-direktor
Oxunma sayı: 4074

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Kamil Eyyubovun seçki təbliğat-təşviqat kampaniyası davam edir. Seçicilərin marağını nəzərə alaraq gənc namizədin bioqrafiyasını təqdim edirik.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Kamil Eyyubov 27 dekabr 1986-cı ildə Şamaxı şəhərində anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri Nəsimi rayonu A.Rəhimov adına 247 saylı orta məktəbdə təhsil alıb. 2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsal Proseslərinin Avtomatlaşdırılması" fakultəsinin əyani şöbəsinə ödənişsiz əsaslarla daxil olub. 2007-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının "Robototexniki sistemlərin idarə olunması" ixtisası üzrə magistr pilləsinə ödənişsiz əsaslarla daxil olub. 2011-ci ildə magistr təhsilini bitirib.

Bakalavr və magistr təhsili dövründə müsahibə yolu ilə Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən təqaüdə layiq görülüb. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinə "Hüquqşunaslıq" ixtisası üzrə daxil olub. 2017-ci ildə həmin ixtisası bitirib. 2018-ci ildən Sumqayıt Dövlət Universitetinin doktorantıdır. Rus və ingilis dillərini bilir.

2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2009-cu ildə gömrük orqanlarında xidmətə qəbul üzrə keçirilən test imtahanlarında Respublika birincisi olaraq Dövlət Gömrük Komitəsinə inspektor vəzifəsinə təyin olunub. 2009-2015-ci illər ərzində Dövlət Gömrük Komitəsində inspektor, böyük inspektor və şöbə rəisi vəzifələrini icra edib. 2015-ci ildə öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilib.

Gömrük orqanlarına xidmətə qəbul üzrə özəl hazırlıq kursları təşkil edir. Hazırda gömrük orqanlarında 200-ə yaxın tələbəsi zabit kimi fəaliyyət göstərir. 2019-cu ildən "EYYUBEYLİ-TİRE" MMC-nin direktorudur.

Ailəlidir, iki övladı var.