Azərbaycanda ötən həftəsonu ilə müqayisədə dolların məzənnəsində dəyişiklik olmayıb.
Mərkəzi Bankdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bu həftənin ilk günü - sentyabrın 5-i üçün 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,6362 manat səviyyəsində, 1 avronun məzənnəsi isə 1.8281 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, həftəsonu Azərbaycanda dolların rəsmi məzənnəsi 1,6362 manat səviyyəsində olub.
Son xəbərlər
Son Xəbərlər