“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.
“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar.
Onlar naməlum səbəblərdən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış A. İsgəndərli və T.Həsənli bu ilin martında sözügedən vəzifələrə təyin olunmuşdular.
***
“Bakı Metropoliteni” QSC Asəf İsgəndərlinin işdən ayrılmasını təsdiqləsə də, Tərlan Həsənli ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Fotoda Asəf İsgəndərli

Fotoda Tərlan Həsənli

Son xəbərlər
Son Xəbərlər