“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi

dost-merkezlerinde-gosterilen-xidmetlerin-siyahisi-genislendirildi
Oxunma sayı: 2568

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Dövlət sosial sığorta sistemində fərdi uçotla bağlı göstərilən xidmətlər və sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətlərin qəbulu “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilib.