“Dosta zəng...” - Foto

dosta-zeng
Oxunma sayı: 3678

SSRİ Xalq artisti Alla Puqaçovanın yeni görüntüsü yayılıb.

“Qafqazinfo” xəbər verir ki, fotonu onun həyat yoldaşı Maksim Qalkin instaqram hesabında paylaşıb.

“Dost zəng”, - şoumen fotoya qısa şərh verib. O, şəklin hansı şəhərdə çəkildiyini qeyd etməyib. 

Qalkinin bu paylaşımı böyük marağa səbəb olub. Belə ki, fotoya 170 mindən çox bəyənmə, 3 mindən çox şərh gəlib.

Xəbəri rus dilində oxuyun: Станет ли Али Асадов снова премьер-министром?

Xatırladaq ki, cütlük artıq 20 ildən çoxdur münasibətdədir, lakin rəsmi nikaha 12 il öncə giriblər. 2022-ci ildə onlar övladları ilə birlikdə Rusiya-Ukrayna müharibəsi fonunda İsrailə köçüb, daha sonra İsrail-Fələstin münaqişəsinə görə Kiprin Limasol şəhərinə gediblər. Bu günlərdə cütlüyün tezliklə İngiltərənin London şəhərinə köçəcəyi haqda xəbər yayılmışdı.