Dövlət Departamentindən Azərbaycanın qərarına - Münasibət

dovlet-departamentinden-azerbaycanin-qerarina
Oxunma sayı: 4407

“Dövlət Departamenti artıq İrəvan və Bakı arasında istənilən yerdə sülh danışıqlarına razıdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller Azərbaycanın Vaşinqton görüşündən imtina etməsini şərh edərkən bildirib.

“Biz burada və ya başqa yerdə sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. Biz hər iki tərəfi danışıqlarda iştirak etməyə çağırırıq”, - Miller əlavə edib.

Qeyd edək ki, ötən gün Azərbaycan XİN Vaşinqtonda Ermənistanla görüşdən imtina edildiyini açıqlayıb: “ABŞ-nin birtərəfli yanaşması ABŞ-nin vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”.