“Təəssüf ki, belə hal yaşanıb. Səhər saatlarından məsələ barədə araşdırmalara başlanılıb”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu 11 yaşlı qızın hamilə qalması və uşaq dünyaya gətirməsi ilə bağlı məsələdən danışarkən deyib.
“Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Aidiyyəti qurumlarla birlikdə araşdırmalara başlanılıb”, - o qeyd edib.
Həmçinin oxuyun: “11 yaşlı qızın hamilə qalmasında ən böyük cinayətkar ailədir”
Baş Prokurorluq da 11 yaşlı qızın hamilə qalması ilə bağlı məlumat yaydı
İmişlidə 11 yaşlı qız hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib - Yenilənib
11 yaşlı qızın uşağı Bakıda dünyaya gəlib
Son xəbərlər
Son Xəbərlər