“Ukraynada döyüş meydanında vəziyyət Rusiyanın xeyrinə irəliləyir”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Düşünürəm ki, biz artıq döyüş meydanındakı vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyini görürük”.
Qeyd edək ki, o, Ukraynanın silah-sursat ehtiyaclarını da vurğulayıb.