“İrəvanla Bakı danışıqlarda iştirakını təsdiq edib” - Yenilənib

irevanla-baki-danisiqlarda-istirakini-tesdiq-edib
Oxunma sayı: 1619

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev “RİA Novosti”yə məlumat verib

O bildirib ki, hələ ki rəsmi İrəvan bu təklifə cavab verməyib.

***

Azərbaycan və Ermənistan Qazaxıstanda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov “RİA Novosti”yə məlumat verib.

Danışıqların dəqiq tarixi barədə hələlik məlumat verilməyib.