DTX Dövlət Sərhəd Xidmətində əməliyyat keçirir - Yenilənib

dtx-dovlet-serhed-xidmetinde-emeliyyat-kecirir
Oxunma sayı: 39304

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

"Qafqazinfo" DTX-nın saytına istinadən xəbər verir ki, hazırda araşdırmalar davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

“BakuPost”un məlumatına görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb. Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.