Dumanlı hava nə vaxtadək davam edəcək?

dumanli-hava-ne-vaxtadek-davam-edecek
Oxunma sayı: 591

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dumanda görünüş məsafəsinin 50–500 metrədək məhdudlaşdığı bildirilir. 

Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə  davam edəcəyi gözlənilir.