Dünya liderlərindən vaksin sənədi tələb edildi

dunya-liderlerinden-vaksin-senedi-teleb-edildi
Oxunma sayı: 1765

BMT sentyabrın 21-də Nyu-Yorkda başlayacaq 76-cı Baş Assambleya iclaslarına qatılacaq lider və nümayəndələrdən vaksin vurdurduqlarına dair sübut göstərmələrini istəyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-York Bələdiyyəsi BMT-yə məktub ünvanlayıb.

Xatırladılıb ki, şəhərdə qapalı məkanlara girişdə vaksin məcburiyyəti var və bu qayda BMT-nin binasına girişdə də tətbiq olunmalıdır.

Artıq BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid 193 ölkəyə bu barədə məktub göndərib.