Dünyanın ən bahalı avtomobili hansı məşhura məxsusdur? - Fotolar

dunyanin-en-bahali-avtomobili-hansi-meshura-mexsusdur
Oxunma sayı: 9798

2021-ci ildə “Rolls-Royce” dünyanın ən bahalı yeni avtomobilini təqdim edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni “Rolls-Royce” modeli “Boat Tail” adlandırılıb və onun dəyəri təxminən 28 milyon dollardır.

Bahalı olmasına səbəb avtomobilin unikallığıdır. Dünyada cəmi üç belə kabriolet var. Avtomobil 1813 unikal hissədən ibarətdir. Üç 5,3 metrlik maşının hər birinin yığılması və əllə rənglənməsi dörd il çəkib.

“Rolls-Royce”un “Boat Tail”in sahibi məşhur ulduz cütlükdür. Məlum olub ki, ilk “Rolls-Royce”un “Boat Tail”in sahibləri Beyons və əri Cey Zidir.

Bildirilib ki, ulduzlar bu barədə açıqlama verməkdən imtina ediblər.

Məlumatda qeyd edilib ki, “Boat Tail” modelinin təsvirində sahibi Armand de Brignak köpüklü şəraba üstünlük verir və Cey Zi 2021-ci ilin əvvəlində bu şərab zavodunun ortaq sahibi olub. Avtomobilin salonunun rəngləndiyi mavi rəngə “Blue Ivy” adı verilib - bu, məşhurların böyük qızının adıdır.