Dünyanın ən bahalı saatı hərracda satıldı

Dünyanın ən bahalı saatı hərracda satıldı
Oxunma sayı: 5559

İsveçrənin “Patek Philippe” şirkətinin istehsalı olan saat Cenevrədə “Only Watch” hərracında rekord məbləğə - 31 milyon dollara satılıb.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, poladdan hazırlanan saat nə vaxtsa satılan ən bahalı saat olub.

“Professional Watches” portalı qeyd edir ki, “The Grandmaster Chime Reference 6300A-010” modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Hərracda bahalığına görə ikinci olan saat isə sənətkar Fransua-Pol Jurnanın olub. Onun əl işi 1,8 milyon İsveçrə frankına satılıb.  

Ümumilikdə tədbirdə dəyəri 38,5 milyon İsveçrə frankından çox olan saatlar satılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi