Türkiyənin voleybol üzrə milli komandasının məşhur oyunçuları Ebrar Karakurtla Zəhra Günəşin arxiv fotoları yayılıb.
“Qafqazinfo” xəbər verir ki, "Vakıfbank" komandasında oynayan idmançıların fotosu 14 il əvvəl çəkilib.
Sözügedən görüntülər qısa müddətdə sosial şəbəkədə bəyənilmə rekordu qazanıb.
Qeyd edək ki, 2023-cü il CEV Avropa Çempionatının finalında Serbiyanı 3-2 hesabı ilə məğlub edərək çempion olan Türkiyə Qadın Voleybol Milli Komandasının tarixi qələbəsində həmin ulduz oyunçular Türkiyədə coşğu ilə alqışlanmışdı.