“Ədəbiyyata sadəcə dərs kimi baxmaq lazım deyil”

edebiyyata-sadece-ders-kimi-baxmaq-lazim-deyil
Oxunma sayı: 2210

"Sürətlə dəyişən dünyada tədris edilən proqram və dərsliklər daim yenilənməlidir".

"Qafqazinfo" xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, gənclərin müasir texnologiyalara həvəsini nəzərə alaraq təhsildə interaktiv metodların və yeni alətlərin istifadəsi təmin olunmalıdır: "Xüsusilə vurğulamaq istəyirəm ki, ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq lazım deyil. Yaradıcı vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdir. Gənclərin kamilləşməsi, həyata düzgün baxışlarının formalaşmasında ədəbiyyatın, xüsusilə klassik əsərlərin rolu böyükdür. Bu yolla hətta tarixin də daha mükəmməl və həvəslə öyrənilməsinə nail ola bilərik. Buna görə ədəbiyyat dərslərinin məzmununa, metodikasına, təşkilinə daha çox diqqət ayrılmalıdır".

Lamiyə Məmmədova