Əflan İbrahimov “EL”dən qovuldu- - Fotolar

eflan-ibrahimov-elden-qovuldu-
Oxunma sayı: 2338


“Qafqazinfo” xəbər verir ki, EL Hərəkatının üzvü, politoloq Zəfər Quliyev virtualaz.org-a açıqlamasında toplantının mahiyyəti və orada müzakirə olunan məsələlər haqda məlumat verib.  

Z.Quliyev müxbirimizə bildirib ki, toplantıda EL-in Milli Şurada təmsil olunması və son zamanlar təşkilata qarşı aparılan çirkin kampaniya müzakirə olunub: “EL Hərəkatının Milli Şuranın yaranmasında, inkişafında və seçki prosesində iştirakı müzakirə olundu. Qərara alındı ki, bu günə kimi Milli Şuranın fəaliyyətində öndə olduğumuz kimi qurumun seçki prosesində uğur qazanmasında və Cəmil Həsənlinin namizədliyinin təbliğində də fəal iştirak edək. Toplantıda həmçinin EL Hərəkatının son zamanlar yaşadığı problemlər müzakirə olundu. Hakimiyyətin hərəkatımıza qarşı sayca üçüncü şiddətli kampaniyası pislənildi. EL Hərəkatının sıravi bir üzvü Əflan İbrahimovun saxta və böhtanlı yazısına görə təşkilata qarşı ciddi kampaniya aparılır. Təşkilatın rəhbəri prokurorluğa çağırılıb və izahatı alınıb. Biz bu vəziyyəti də müzakirə etdik, dəyərləndirdik və qətiyyətlə pislədik. Qərara gəldik ki, EL Hərəkatını bu cür kampaniyalarla sarsıtmaq və yolundan döndərmək mümkün deyil. Bu kampaniyanı EL-ə qarşı başladan Əflan İbrahimov təşkilatın sıralarından bir dəfəlik uzaqlaşdırıldı”.

Z.Quliyev EL-in bundan sonrakı fəaliyyəti ilə bağlı da müzakirələrin aparıldığını söylədi: “Biz qərar verdik ki, EL-in təşkilatlanma prosesi gücləndirilsin, təşkilata yazılmaq istəyən yeni üzvlərin qeydiyyata alınması sürətləndirildsin. Həmçinin təşkilatın İdarə Heyətinin tərkibi genişləndiriləcək. Həmin şəxslərin kim olması bu gün keçirilən iclasda müzakirə olundu. Ali Məclisin də formalaşması prosesi gedir. Regionlarda EL Hərəkatının təşkilatlarının yaradılması prosesi daha da sürətləndiriləcək”.

Onun sözlərinə görə, toplantıda EL Hərəkatının atributları ilə bağlı müzakirələr aparılıb: “EL Hərəkatının emblemi və bayraqları var. Bu gün də təşkilatın başqa atributlarını hazırlanması müzakirə olundu. EL Hərəkatının emblemi ilə xüsusi futbolkaların, plakatların və kepkaların hazırlanması qərara alındı”.

Z.Quliyev toplantının sonunda bəyanatın qəbul edilməsi qərarının verildiyini vurğuladı: “İclasda son olaraq qərar alındı ki, təşkilata qarşı son zamanlar səsləndiriliən fikirlər və baş verən hadisələrlə bağlı EL Hərəkatının bəyanatı hazırlansın və mətbuata təqdim edilsin”.