“İrandan sonra Kuba...” - Tramp

irandan-sonra-kuba
Oxunma sayı: 834

ABŞ Prezidenti Donald Tramp İrandan sonra ABŞ-nin diqqətini Kubaya yönəldəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda “Amerika Qalxanı” Sammitində danışıb.

Onun sözlərinə görə, Vaşinqton hazırda fəlakət yaşayan adada böyük dəyişiklikləri gözləyir.

“Kubanın gözəl yeni həyatı olacaq, lakin indiki formasında o, son günlərini yaşayır. Lakin hazırda diqqətimiz İrana yönəlib”, - dövlət başçısı bildirib.