Şəmkirdə 71 yaşlı qadını maşın vurub öldürdü

semkirde-71-yasli-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 304

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1955-ci il təvəllüdlü Tamella Nuriyeva yolu keçmək istəyərkən onu “Mercedes” markalı avtomobil vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktka bağlı araşdırma başlanılıb.

Yunis Quliyev