Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV

xameneinin-oglu-partlayisda-xesaret-alib
Oxunma sayı: 1728

İranın mərhum Ali Lideri Əli Xameneinin oğlu Müctəba partlayışlardan birində yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Əl Hadath” televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, Müctəba hücumlardan biri zamanı xəsarət alsa da, onun həyatı təhlükəsi yoxdur.

Qeyd edək ki, martın 6-da Müctəba Xameneinin Tehrandakı iqamətgahına hücum edildiyi bildirilib. Həmin vaxt itkilər barədə məlumat verilmirdi.