Əfqanıstanda terror aktı - Azı 26 hərbçi öldü

efqanistanda-terror-akti
Oxunma sayı: 1112

Əfqanıstanın Qəzni şəhərində baş vermiş partlayış nəticəsində azı 26 nəfər həlak olub, 16 nəfər yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “1TV” telekanalı xəbər verib.

Məlumata görə, qurbanların və yaralananların hamısı Əfqanıstan ordusunun hərbçiləridir. İlkin versiyaya görə, minalanmış avtomobil Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında partladılıb. “Sinxua” agentliyinin verdiyi xəbərə görə, partlayışdan əvvəl atışma olub.

Əfqanıstanın bu regionunda fəaliyyət göstərən ekstremist qruplaşmaların heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.