Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş

ekologiya-ve-tebii-servetler-nazirliyinde-gorus
Oxunma sayı: 705

İyulun 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyinin rəhbəri Alessandro Fracasetti ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan və UNDP arasında ətraf mühit sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.