Eks-arvadı Eltonla barışmaq istəyir - “Həyatında bir qadın olduğuna görə...”

eks-arvadi-eltonla-barismaq-isteyir
Oxunma sayı: 10274

Müğənni Elton Hüseynəliyevin keçmiş həyat yoldaşı Toma maraqlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, prodüser gecce.az-a bildirib ki, çoxları onların yenidən birləşməsini istəyir.

Müğənni tərəf bu barədə bir fikir söyləməsə də, qarşı tərəf ona şans verəcəyini qeyd edib:

"Hər kəs bizim yenidən birləşməyimizi istəyir. Ayrılmaq Eltonun qərarına əsasən oldu. Elton bir qədər səbirsiz insandır. Amma mən onun xarakterinə alışmışam. Bundan sonra geri qayıtmaq istəsə qəbul edərəm. Eltonun həyatında bir qadın olduğuna görə, problemlər yaşadıq. Həmin xanım şou-biznes nümayəndəsi deyil. Hazırda hərə öz həyatını yaşayır. Münasibətimiz normaldır. Allah qismət edərsə yenidən qovuşarıq".