Bakıdakı 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsinə təyinat olub.
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, müvafiq əmrlə liseyin direktoru vəzifəsinə professor Nasim Abışov təyin olunub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan faktı təsdiqləyiblər.
Qeyd edək ki, N. Abışov 178-li tam orta məktəbdə direktor vəzifəsində çalışıb.
Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova ötən ilin sentyabrında 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunub.

Son xəbərlər
Son Xəbərlər