Ekvadorda yol qəzası: azı 9 ölü, 20-dən çox yaralı - Foto

ekvadorda-yol-qezasi-azi-9-olu-20-den-cox-yarali
Oxunma sayı: 1036

Ekvadorda avtobus və yük avtomobilinin toqquşması nəticəsində azı 9 nəfər həyatını itirib, daha 27 nəfər xəsarət alıb.

Bu barədə “Qafqazinfo” “El Comercio” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, insident yerli vaxtla saat 09:10-da (Bakı vaxtı ilə saat 18:10-da-red.) ölkənin mərkəzindəki Kanyar əyalətində baş verib. Avtobus Kuenka şəhərindən Quayakilə doğru hərəkət edirmiş.

Yol bağlanıb. Qəzanın səbəbləri araşdırılır.