Əli Həsənovdan Gülün təbrikinə - münasibət

eli-hesenovdan-gulun-tebrikine-munasibet
Oxunma sayı: 690

“Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayınca, işğalçı ordu Azərbaycan torpaqlarımızı tərk etməyincə və ərazi bütövlüyümüz bərpa olunmayınca, işğalçı rejimə verilən istənilən dəstəyə Azərbaycan xalqı olduqca həssas yanaşır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyə prezidenti Abdullah Gülün Serj Sarkisyanı yenidən Ermənistan prezidenti seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan bütün səviyyələrdə - istər parlament, istər ictimaiyyət, istərsə də mətbuat və QHT-lər səviyyəsində Ermənistanla təmaslara, işğalçı rejimin hər hansı formada dəstəklənməsinə bütövlükdə etiraz edir: “Bu, Azərbaycan xalqının, türk ictimaiyyətinin tələbidir. Sərhədlərin açılması ərəfəsində Azərbaycan və Türkiyə ictimaiyyəti öz hakimiyyətlərinə təzyiqlər göstərdilər və işğalçı rejim işğala son qoymayana qədər beynəlxalq aləmdə bu rejimin qol-qanad açmasına yolverilməzliyini bəyan etdilər”.

Günel