Elm və təhsil nazirinin müavini İsraildədir - Foto

elm-ve-tehsil-nazirinin-muavini-israildedir
Oxunma sayı: 703

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Süni İntellekt Konfransında iştirak etmək məqsədilə İsraildə səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Həsən Həsənli “Microsoft” şirkətinin Süni İntellekt üzrə innovasiya mütəxəssisi Maykl Cabbur ilə görüşüb, süni intellektin təhsil sahəsində tətbiqi, rəqəmsal transformasiya və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.