“Elnarənin bu biclikləri haradan öyrəndiyini bilmirəm” - Video

elnarenin-bu-biclikleri-haradan-oyrendiyini-bilmirem
Oxunma sayı: 6822

“Elnarə həm mənimlə, həm də Röya ilə məzələnir. O, hər dəfə mahnı çıxaranda qalmaqal salır ki, danışılsın. Elnarənin bu biclikləri haradan öyrəndiyini bilmirəm. Mahnı çıxarır, qrupu ilə nəsə oxuyur, qalmaqal salıb Röyadan danışır, sonra deyir ki, görmürsünüz, mahnı çıxarmışam? Beləcə bizlə məzələnir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “Balkanla gecə turu” verilişinə müsahibəsində deyib. 

Xəbəri rus dilində oxuyun: Житель Габалы продавал фальшивые справки уклонистам

O, Elnarə Xəlilova ilə münasibətlərinin normal olduğunu əlavə edib: “Biz Elnarə ilə görüşəndə salamlaşırıq. O nəsə haqqımda çıxıb danışdı, sonra isə konsertlərin birində heç nə olmamış kimi yaxınlaşdı, öpüşdü, qucaqlaşdı, görüşdü, mən də elə etdim. Bizim aramızda heç nə ola bilməz. Elnarə yeni yola keçib. O bu yolla öz işini reklam edir. Bu, yeni üslubdur. Ona da bu yolu öyrədənlər trenddə olan müğənnilərdir. Trenddə olanlar pulunu verib trendə düşənlərdir. Trendə düşənlərin hamısı pul verib trendə düşür. Bu, 100 faiz belədir. Bunu da hamı bilir”.