Emin Əmrullayev Göygöldəki məktəbdə - Fotolar

emin-emrullayev-goygoldeki-mektebde
Oxunma sayı: 2961

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Göygöl şəhəri E.Vəliyev adına 5 nömrəli tam orta məktəbi ziyarət edib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə məktəbin foyesində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Daha sonra icmaəsaslı məktəbəqədər təhsil qrupu, peşə təmayüllü siniflərdə tədris və məktəbdə yaradılmış şəraitlə tanış olan Emin Əmrullayev müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib.

Bildirilib ki, məktəb binası 2006-cı ildə tikilərək istifadəyə verilib. Hazırda burada 900-dən çox şagird təhsil alır.