“Əminəm ki, vəziyyəti normallaşdıra biləcəksiz” - Putindən Ərdoğana+Video

eminem-ki-veziyyeti-normallasdira-bileceksiz-
Oxunma sayı: 5817

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş olub.

Qafqazinfo”nun Rusiyanın "Birinci kanal"ına istinadən məlumatına görə, onlar Çində keçirilən “Böyük İyirmilik” (G20) Sammiti çərçivəsində bir araya gəliblər.

Putin görüşdə Türkiyə hökumətinin ölkədəki vəziyyəti ələ aldığını bildirib. O, qeyd edib ki, Ərdoğanın Türkiyədə vəziyyəti tamamilə normallaşdıra biləcəyindən əmindir.

İki ölkə başçısı regional prosesləri də müzakirə ediblər.